24 cüdoçuya 3 medal
11.10.2010 - 09:51
Cüdo üzrə növbəti Dünya kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, xanım idmançılar Bakıda, kişilər cüdoçular Minskdə qüvvələrini sınayıblar.
Ölkəmizdə keçirilən yarış komandamız üçün uğursuz başa çatıb. Belə ki, Dünya kubokuna 16 idmançı ilə qatılan yığmamızın qazancı cəmi 1 bürünc medal olub. Ramilə Yusubovanın zədə səbəbindən mübarizə aparmadığı yarışda cüdoçularımızı biabırçılıqdan Kifayət Qasımova (57 kq) xilas edib. İlk 2 döyüşündə Sofiya Tsolanini (Yunanıstan) və Stefane Tremblaya (Kanada) qalib gələn cüdoçumuz yarımfinalda almaniyalı Viola Vaeçterə uduzaraq, təsəlliverici görüşdə qüvvəsini sınayıb. Bu mərhələdə isə Qasımova Alyona Saykonu (Ukrayna) məğlub edib və fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Komanda hesabında 1 bürünc medal qazanan yığmamız 11 ölkə arasında 9-cu yeri tutub.
Minskdə əsasən ikinci heyətin üzvləri ilə qüvvəsini sınayan kişilərdən ibarət komandamız isə 2 bürünc medala sevinib. Həmyerlilərimizdən medalları İlqar Müşkiyev (60 kq) və Rüstəm Alimli (81 kq) qazanıblar. Belarusun paytaxtına 8 idmançı ilə yollanan milli komandamız yekunda 8-ci pillədə də qərarlaşıb.
Qeyd edək ki, hər iki yarış London-2012-yə lisenziya xalı verirdi.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0