Arda Turan: İtkilərimizi Azərbaycanda kompensasiya edərik
11.10.2010 - 10:00
“Almaniya yığmasını səfərdə yenmək asan deyil. İnanıram ki, itkilərimizi Azərbaycanda kompensasiya edə biləcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Arda Turan deyib.
Avro-2012-nin seçmə mərhələsində Almaniya ilə səfər oyunu öncəsi zədəsi olan “Qalatasaray”ın kapitanı Bakıya gələsi olmadı. Berlindən birbaşa İstanbula yollanan Ardanın dərhal cərrahiyyə əməliyyatı olunmasına qərar verildi: “Əməliyyata gedirik. Ümid edirəm ki, mənim üçün xeyirli olar. Milli komandamın və “Qalatasaray”ın tibbi heyətinə minnətdaram. Nə qədər müxtəlif söz-söhbətlər olsa da, onlar ağrılarım olan vaxtda əllərindən gələnin ən yaxşısını etdilər”.
“Qalatasaray”ın tibbi koordinatoru Burak Kunduracıoğlu Ardanın 4-6 həftə sonra yaşıl meydana qayıdacağını bildirib: “Onun Belçika ilə oyundan sonra ağrıları olmuşdu. Həm ayaq biləyində, həm də qasıq nahiyəsində ağrıların şiddətlənməsi üzündən onu müalicəyə almışdıq. Bu gün ediləcək əməliyyatdan sonra çərşənbə günü qayıdacağıq”.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0