Taekvondoçularımız Polşadan 3 qızıl, 3 gümüş və 1 bürünc medalla qayıdırlar
11.10.2010 - 11:19
Taekvondo üzrə Polşanın açıq çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan, Polşa, Belarus, Koreya, Slovakiya, Rusiya və Ukraynadan təxminən 150 idmançının mübarizə apardığı beynəlxalq turnir Ələkbər İmaməliyevin yetirmələri üçün uğurla başa çatıb.
Səfərə 8 taekvondoçu ilə yollanan Azərbaycan yığması vətənə 3 qızıl, 3 gümüş və 1 bürünc medalla qayıdıb. İdmançılarımızdan Fariz Əliyev (68 kq) finalda koreyalı Yeob Kim Seonga, Elvin Məmmədov (74 kq) polşalı Karol Vielqosza, Rəşad Əhmədov (87 kq) isə komanda yoldaşı Təvəkkül Bayramova qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Həlledici görüşlərdə uduzan Samir Aydınov (58 kq), Ramin Əzizov (80 kq) və Təvəkkül Bayramov (87 kq) gümüş, Ziya Qasımov isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, Ələkbər İmaməliyevin Polşaya apardığı heyətdə yalnız Ramik Nəzərov (63 kq) fərqlənə bilməyib.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0