Berti Foqts azarkeşlərə səsləndi
11.10.2010 - 11:29
Berti Foqts azarkeşlərə səsləndi
“İki səfər görüşündən sonra ilk ev oyununa çıxacağıq. Həmin görüşlərdə azarkeşlərin öz komandalarını necə dəstəklədiyini gördünüz. İstərdim ki, sabah Türkiyə ilə oyunda da azarkeşlər bizə belə dəstək versin”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında deyib.

Avro-2012-nin seçmə mərhələsinə səfərdə Almaniya və Avstriyaya böyük hesablı məğlubiyyətlə başlayan yığmamızın almaniyalı çalışdırıcı bədbinliyə əsas görmür: “İlk iki oyunda uduzmağımıza baxmayaraq, yığmada inkişaf var. Biz güclü rəqiblərə yenilmişik. Almaniya son dünya çempionatının bürünc medalçısıdır. Heyətdəki itkilərimiz öz sözünü dedi. Üç futbolçumuzun zədə problemi var. Əfran İsmayılovun xeyli müddət zədə üzündən oynamağı təsir göstərdi. Türkiyə ilə görüş də çətin keçəcək. Yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Foqts ötən seçmə mərhələdə yığmanın lideri, ötən il ən yaxşı futbolçusu seçilən Vaqif Cavadovdan narazı qalıb: “Vaqifi Avstriya ilə oyunda əvəzləməyim yaxşı oynamamağı ilə bağlıdır. Onun sabah meydana çıxıb-çıxmayacağını deyə bilmərəm. Əgər Vaqifi meydana buraxsam, Rusiya ilə Bakıdakı matçda olduğu kimi oynamasını istərdim”.

Qeyd edək ki, Vaqif ruslarla ötən seçmə mərhələdə Bakıda hesabı ilə nəticələnən 1:1 görüşdə gözəl oyunu, baxımlı qolu ilə yadda qalmışdı.