Rəşad Sadıqov: Türk futbolçuların yerində olsaydıq, biz də elə baxardıq
11.10.2010 - 11:38
“Türkiyə yığması ilə evdə oynasaq da, çətin görüş olacaq. Çox istərdik ki, Arda Turan bizə qarşı oynasın. O, sevdiyimiz futbolçulardandır. Ancaq onun yoxluğunu bizim üçün üstünlük saymıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
Bu gün jurnalistlər qarşısına çıxan Sadıqov Türkiyə yığmasındakı həmkarı Əmrə Belözoğlunu xüsusilə qeyd edib: “Rəqibimizin heyətində ən aparıcı futbolçu Əmrə ilə Həmit Altıntopdur. Onlar Türkiyə yığmasının döyünən ürəkləridir. Əmrə futbolçular üçün böyük qardaş, əsl liderdir”.
Türkiyə Superliqa təmsilçisi “Əskişəhərspor”un şərəfini qoruyan təcrübəli müdafiəçi rəqibin bizə yuxarıdan aşağı baxmasını normal qəbul edir: “Türkiyəli futbolçuların bizə ikinci liqa oyunçuları kimi baxması normaldır. Biz özümüzü buna şərait yaratmışıq. Hər seçmə mərhələdə 3-4 xal yığırıq. Onların yerində olsaydıq, biz də elə baxardıq”.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0