Azərbaycan yığması oktyabrın 12-də ancaq öz qapısına qol vurur
11.10.2010 - 11:53
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasını qəbul edəcək Azərbaycan millisi uğursuz sindromu qırmalıdır. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”la qarşılaşmanın baş tutacağı tarix futbolçularımız üçün uğursuzluqla əlamətdardır. Belə ki, oktyabrın 12-də keçirilən bütün görüşlərdə uduzan yığmamız heç bir qol da vura bilməyib. Lakin bir məqam da var ki, əvvəlki 3 görüşün hamısı səfərdə baş tutub.
1994-cü il oktyabrın 12-də yığmamız Avro-1996-nın seçmə oyununda Polşanın qonağı olub. Meydan sahiblərinin yeganə qolu matçın taleyini həll edib. 8 il sonra Avro-2004-ün seçmə mərhələsinin Finlandiya ilə matçında meydan sahibləri daha amansız olublar – 3:0. Həmin görüşdə yığmamızın üzvlərinin oktyabrın 12-də vurduğu yeganə qol qeydə alınıb. Lakin Emin Ağayev rəqib deyil, öz qapımıza qol vurub. O, matçın 14-cü dəqiqəsində hesabı açıb və Vaqif Sadıqovun istefası ilə nəticələnən darmadağının əsasını qoyub. DÇ-2006-nın 5 il əvvəl baş tutan seçmə görüşündə isə Uels yığması qapımıza 2 cavabsız qol vurub.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0