“Azərbaycanlı futbolçular qəsdən çox təpik atırlar”
11.10.2010 - 12:35
“Almaniyaya uduzmaqla, üstünlüyü əldən verdik, ancaq bu oyun artıq geridə qalıb. Həmin nəticəni unudub, diqqətimizi Azərbaycanla görüşə yönəltməliyik. Məqsədimiz qalan oyunların hamısını qazanmaq, qəti xal itirməmək və Almaniyanı İstanbulda yenməkdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink deyib.
Hollandiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə sabahkı rəsmi oyununun əhəmiyyətinin çox olduğunu düşünür: “Cümə günü Berlindəki məğlubiyyətin ardından Azərbaycanla görüşümüz daha önəmlidir. Bakıda mütləq qələbə qazanmaq lazımdır. Dərhal özümüzü toparlamalıyıq. Başqa cür Azərbaycanı yenə bilməyəcəyik”.
Yığmamızın oyununu xarakterizə edən Hiddink komandasını daha üstün tutur: “Azərbaycan yığması çox sərt oynayır, futbolçuları qəsdən çox təpik atırlar. Rəqib nə qədər kobud oynayırsa-oynasın, çəkinmək olmaz. Etməli olduğumuz tək şey sona kimi mübarizə aparmaqdır”.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0