Rəşad Sadıqov: Erkən qol buraxmasaq, hər dəqiqə bizi xala yaxınlaşdıracaq
11.10.2010 - 13:38
“Türkiyə çox güclü komandadır. İşimizin nə qədər çətin olacağını bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Türkiyə yığması ilə qarşılaşacaq milli komandamızın müdafiəçisinin qonşu ölkənin mətbuatında açıqlamaları yer alıb. Sadıqov türkiyəli həmkarlarımıza bildirib ki, ilk xalı almağın vaxtıdır: “Qrup matçlarına yaxşı başlamadıq. Keçirdiyimiz hər 2 oyunda məğlubiyyətlə üzləşdik. Ancaq bizim də xal almaq zamanımızın gəldiyini düşünürük. Türkiyə ilə oyunda bunu dəyərləndirməyə çalışacağıq. Rəqibdən alacağımız xal bizim üçün çox vacib və önəmlidir. Ən pis halda, asan təslim olmayacağıq. Erkən qol buraxmasaq, hər dəqiqə bizi xala yaxınlaşdıracaq. Bunun üçün taktikamızı quraraq tədbirlərimizi görəcəyik”.
Qeyd edək ki, Azərbaycan və Türkiyə komandaları sabah oynayacaqlar.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0