Birinci və sonuncu
11.10.2010 - 14:09
Sabah Azərbaycan millisi Avro-2012-nin seçmə mərhələsində ilk ev oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız son Avropa çempionatının bürünc medalçısı Türkiyəni qəbul edəcək.
Bu il evdə cəmi bir görüş keçirən komandamız avqustun 11-də Küveytlə yoldaşlıq matçında 1:1 hesablı bərabərliyə qalmışdı. 2010-cu ildə sonuncu dəfə doğma publika qarşısına çıxacaq yığmamız ilk xalını qazanmağa çalışacaq. Seçmə mərhələyə iki səfər məğlubiyyəti (Almaniyaya 1:6, Avstriyaya 0:3) ilə start verən Foqtsun yetirmələri hələlik xal üzünə həsrətdir.
Bizimlə müqayisədə bir oyun çox keçirən Türkiyə isə ardıcıl iki qələbə ilə uğurlu start götürsə də, ötən cümə Berlində ağır zərbə aldı. Qrup birinciliyi uğrunda mübarizədə əsas rəqibi Almaniyaya 0:3 hesabı ilə uduzan “ay-ulduzlular” Bakıya üzgün gəliblər. Göründüyü kimi, qardaş ölkə təmsilçiləri son oyunda eyni hesablı məğlubiyyət acısı dadıb. İndi onlar azarkeşlərin qarşısında bəraət qazanmağa çalışacaq.
Foqts hollandiyalı həmkarı Qus Hiddinklə hələ ötən seçmə mərhələdə görüşüb. Türkiyə yığmasının baş məşqçi postuna gəlişinə qədər Rusiya millisini çalışdıran Hiddink Moskvada 2:0 hesablı qələbəyə sevinmiş, Bakıda heç-heçə etmişdi – 1:1. Hələ Respublika stadionundakı qələbə qazanmayan hollandiyalı mütəxəssis üçün budəfəki görüş turnir cədvəli baxımından böyük əhəmiyyət kəsb edir. Foqts cari seçmə mərhələdə ilk xalını qazanıb, “ay-ulduzlular”a “badalaq vurmaqla”, həmyerlilərinə kömək edəcək. Axı Hiddinkin komandası Bakıda da xal itirərsə, rəqibi ilə xal fərqini bir qədər də artıran Almaniya böyük üstünlük qazanacaq. Yəni, Foqts Türkiyə qarşısına həm Azərbaycan, həm də Almaniyanın maraqları naminə çıxacaq.
Hər iki yığmada heyətlə bağlı itkilər var. “Ay-ulduzlular”ın lideri Arda Turan zədə üzündən hələ Bundestimlə oyun öncəsi düşərgəsini tərk etdi. Bakıya da gəlməyən Arda bu gün Almaniyada cərrahiyyə əməliyyatı olunacaq. Belindəki oyunda zədələnən Mehmet Aurelio da uzun müddətə sıradan çıxaraq, ölkəmizə gələsi olmayıb. Həmin görüşdə burnundan zədə alan Sərvət Çətin meydana qoruyucu maskada çıxacaq. Foqts isə Avstriyadan qayıdandan sonra 2 futbolçusunu – müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Fabio Luis Ramimi heyətdən kənarlaşdırıb. O, bunu Medvedevin sağlıq durumunda problemlər, Ramimin hazırlıq səviyyəsinin qeyri-qənaətbəxş olması ilə əsaslandırdı.
Vyanadakı oyunda çiynindən zədələnən Samir Abasov hazırda fərdi məşq edir və onun da meydana çıxmayacağı gözlənilir. Samiri dayaq yarımmüdafiəçisi mövqeyində Aleksandr Çertoqanov əvəzləyəcək. Hiddinki ötən il gözəl qolla məyus edən Vaqif Cavadovun bu dəfə əsas heyətdən kənarda qalacağı gözləniləndir. Foqts hücumçunun hazırkı səviyyəsindən narazı qaldığı üçün onun Türkiyəyə qarşı oynadıb-oynatmamağı hələ dəqiqləşdirməyib.
Avro-2012-nin seçmə mərhələ oyunu
20:00. AZƏRBAYCAN – TÜRKİYƏ
Baş hakim: Aleksandru Dyakonu (Rumıniya)
Hakim-köməkçiləri: Adrian Vidan, Radu Ginquleaç, Sebastyan Koltesku (hamısı Rumıniya)
Hakim-inspektor: Con Varda (İralndiya)
UEFA nümayəndəsi: Neboyşa İvkoviç (Serbiya)

0
0