Yoahim Löv: Qazaxıstan yığması Azərbaycandan çətin rəqibdir
11.10.2010 - 14:39
“Türkiyə üzərində qazanılan qələbədən sonra əhval-ruhiyyəmiz yüksəkdir. Qazaxıstan yığması Azərbaycandan daha çətin rəqibdir. Bu matça Türkiyə ilə görüşdəki oyun baxımından çox dəyişiklik etmədən çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Qazaxıstanın qonağı olacaq Bundestim ardıcıl 4-cü qələbəsini qazanmaq iddiasındadır. 6:1 hesabı ilə yendiyi yığmamızı qazaxlardan fərqləndirən Löv bu dəfə işlərinin çətin olacağını düşünür. O, liderlər futbolçularından sayılan yarımmüdafiəçi Məsut Özilin zədəsinin ciddi olmadığını bildirib: “Onun dizində ciddi zədəli olması ilə bağlı şübhəmiz var idi. Ancaq indi vəziyyəti yaxşıdır. Məsut Qazaxıstanla görüşdə oynaya biləcək. O, son çalışmamıza qatılmışdı”.
Özilin oynadığı Madridin “Real” klubu isə futbolçunun Qazaxıstanda meydana çıxmasını istəmir. İspanlar bu yay transfer etdikləri, milliyətcə türk olan futbolçunun oynayacağı halda, zədəsinin daha ciddi olmasından qorxurlar. Ancaq bununla razılaşmayan almanlar Məsutu vaxtından əvvəl klubunun düşərgəsinə buraxmayacaq.
Qeyd edək ki, Məsut yığmada 20 oyuna 4 qol vurub.

0
0