Elxan Məmmədov: Azərbaycan – Türkiyə matçına 15 mindən çox bilet satılıb
11.10.2010 - 14:53
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Türkiyə oyununa bilet satışı davam edir. Bu barədə apasport.az saytına açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, bu günədək 15 mindən çox bilet satılıb: “Qarşılaşmaya marağın böyük olduğunu nəzərə alaraq AFFA tövsiyə edir ki, oyunu izləmək istəyənlər bilet almaq məsələsini təxirə salmasınlar və artıq indidən stadionda bəyəndikləri sektorda özlərinə yer təmin etsinlər”.
Xatırladaq ki, bu qarşılaşmaya bilet satışı üçün Park Bulvar Alış-Veriş Mərkəzində və Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında xüsusi məntəqələr təşkil edilib. Bundan əlavə, bilet almaq üçün AFFA-nın Marketinq və Reklamlar Departamentinə də müraciət etmək olar.
Qeyd edək ki, Azərbaycan – Türkiyə matçı sabah 20:00-da başlayacaq.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0