Mahir Şükürov: Ola bilsin ki, futbolçuların çoxu formada deyil
11.10.2010 - 15:06
“Ötən seçmə mərhələnin sonlarında komanda öz oyununu tapdı. Nədənsə bu ilki oyunlarımız alınmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının yarımmüdafiəçisi Mahir Şükürov deyib.
Avro-2012-nin sabah Türkiyə yığmasına qarşı keçiriləcək seçmə görüşü ərəfəsində təşkil olunan mətbuat konfransına qatılan 28 yaşlı yarımmüdafiəçi millimizdəki problemdən danışıb: “Ola bilər ki, futbolçuların çoxu formada deyil. Klubda məşqçimiz oyunu əsasən mənim cinahımdan qurmağı tapşırır. Ona görə də, ötürmələrin çoxu mənə gəlir. Ötən il milli komandanın heyətində mənim cinahımdan daha çox hücum qurulurdu. Ancaq bu il nədənsə mənə az ötürmə olur”.
Mahir oyun ərzində uzun ötürmələrdən az istifadə olunmağını belə izah edib: “Ola bilsin ki, bu an topu rəqibə verək. Ona görə çalışırıq ki, qısa ötürmələrlə hücumlar təşkil edək. Həm də ki məşqçinin öz tapşırığı var. Məşqçinin tapşırığını yerinə yetirməyə çalışırıq. Avstriya ilə oyundan sonra paltardəyişmə otağında bu oyunu unutmalı olduğumuzu bildirdi. Artıq oradakı oyundan sonra Türkiyə ilə qarşılaşma barədə düşünürük. Komanda da əhval-ruhiyyə yaxşıdır. Baş məşqçi bununla bağlı komanda ilə söhbət edib”.

0
0