“Türkiyə ilə oyunda bizi ancaq qələbə qane edəcək”
11.10.2010 - 15:14
“Türkiyə ilə oyunda bizi ancaq qələbə qane edəcək”
“Avstriya ilə oyunda buraxdığımız ilk qolda günahkar axtarmaq düz olmaz. Qol buraxmışıqsa, bu bütün komandanın səhvidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Saşa Yunisoğlu deyib.

Avro-2012-nin sabah Türkiyə yığmasına qarşı keçiriləcək seçmə oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına qatılan 25 yaşlı futbolçu qələbə arzusunda olduğunu gizlətməyib: “Digər qolları da təhlil etmişik. Bəzi səhvlərimiz olub. Artıq Avstriya ilə oyun arxada qalıb. Qarşıdakı Türkiyə ilə oyuna daha çox diqqət ayırmalıyıq. İnşallah, sabahkı oyunda yaxşı oyun nümayiş etdirib, yaxşı nəticə əldə edərik. Türkiyə ilə oyunda bizi ancaq qələbə qane edəcək. 3 günə 2 oyun oynamaq çox çətindir. Ancaq milli komandada şərait çox yaxşıdır. Bunun üçün bərpa prosesi keçmişik”.

Qeyd edək ki, Saşa millidə 25 oyun keçirib.