Azərbaycan – Türkiyə matçı 6 kanalda
11.10.2010 - 16:10
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Türkiyə yığmaları arasında keçiriləcək matç canlı yayımlanacaq kanalların sayı artıb. Apasport.az saytının məlumatına görə, millimizin “ay-ulduzlular”la oyunu 6 kanal vasitəsilə canlı yayımlanacaq.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş Əlcazairin “Əlcəzair sport”, Macarıstanın və Rumıniyanın “Digi sport” və Almaniyanın “Eurosport” kanalı vasitəsilə tamaşaçıların diqqətinə çatdırılacaq.
Qeyd edək ki, qardaş ölkədə bu missiyanı “NTV spor”, Azərbaycanda isə dövlət televiziyası AzTV həyata keçirəcək.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0