Lütfi Arıboğan: Azərbaycandan 3 xalla dönməliyik
11.10.2010 - 17:27
“Sabah bizi çox önəmli matç gözləyir. Bu oyunda itiriləcək xallarımız yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə Futbol Federasiyasının (TFF) baş katibi Lütfi Arıboğan deyib.
TFF rəsmisi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyuna münasibət bildirib: “Qrup mərhələsinə uğurlu başlasaq da, Almaniyada məğlubiyyət bizi çox üzdü. Azarkeşlərimiz qarşısında pis oynayaraq, məyus olduq. Növbəti mərhələyə yüksəlmək üçün isə Azərbaycandan 3 xalla dönməliyik. Bu vacibdir. Futbolçular və məşqçilər korpusu da qələbədən başqa yolumuzun olmadığını yaxşı bilirlər. Yekunda ən pis halda, qrupu ikinci yerdə başa vurmalıyıq”.
Qeyd edək ki, Azərbyacan və Türkiyə qarşılaşması sabah saat 20:00-da start götürəcək.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0