Semih: Azərbaycan yığmasına qol vurmağa hazıram
12.10.2010 - 09:11
Türkiyəli futbolçu Semih Şəntürk Avro-2012-nin seçmə mərhələsində bu gün Azərbaycanla baş tutacaq oyuna xüsusi köklənib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” klubunun hücumçusu ötən il olduğu kimi, bu dəfə qol şansını əldən vermək istəmir.
“Ay-ulduzlular”ın baş məşqçisi Qus Hiddink Almaniya yığması ilə Berlindəki görüşdə əsas heyətdə yer verdiyi hücumçu Xəlil Altıntopun səviyyəsindən narazı qaldığı üçün onun yerinə məhz Semihi oynatmaq fikrindədir. Şəntürk də iddiasını ortaya qoyub: “Türk xalqımı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Mən də qolları atmaq üçün hazıram”.
Qeyd edək ki, Semih yığmamızla son oyunda özünə qarşı kobudluqdan sonra təyin edilən penalti zərbəsini boşa vermişdi.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0