Gürcüstanlı legioner Azərbaycan yığmasından qovuldu
12.10.2010 - 11:33
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) milli komandamızın gürcüstanlı legioneri Tornike Kokaya ilə yollarını ayıb. Bu haqda Lent.az-a AAAF-ın icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.
Əsgərovun sözlərinə görə, 25 yaşlı atletin qovulmasına ötən ay Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında ümidləri doğrultmaması səbəb olub. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli nüfuzlu yarışda Kokaya 105 kq çəki dərəcəsində çıxış edib və 40 idmançı arasında 33-cü yeri tutub. O, iki hərəkətin cəmində 330 kq (birdən 145 kq, təkanla 185 kq) nəticə göstərib.
Qeyd edək ki, əvvəllər Gürcüstan yığmasında çıxış etmiş Tornike Kokaya komandamıza 2010-cu ilin fevralında cəlb olunub. Onun millimizdə debütü məhz dünya çempionatına təsadüf edib.

0
0