Almaniyalı məşqçi Azərbaycanla görüşdə xal qazanmağı uğur saymır
12.10.2010 - 14:24
Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork Azərbaycanla görüşdə xal qazanmağı uğur saymır. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis sələfi Arno Paypersin millimizə bir qrupda yer aldığı Avro-2008-də qazandığı nəticəyə kölgə salıb.
Həmin vaxt 10 xal toplayan Qazaxıstan yığması cari seçmə mərhələdə 3 oyundan sonra xal üzünə həsrət qalıb. Onlar hətta top fərqində millimizdən geri qalır və turnir cədvəlində sonuncu yerdədir. İndi qazaxları maraqlandıran bu ilin sonunda müqaviləsi bitəcək, gedişi gündəmdə olan Ştorkun neçə xal toplayacağıdır: “Əlbəttə, məğlubiyyətlərdən sonra keçmiş yada düşür, ancaq biz indi nəsə yeni, buna qədər bizdə olmayanı qurmaq istəyirik. Əgər Belçika yığmasına baxsaq, bu, 5 il əvvəlki komanda deyil. Arno Paypersin rəhbərlik etdiyi yığma xalların çoxunu Azərbaycan və Ermənistanla oyunlarda qazanıb. Bizə isə bu il Avropanın aparıcı yığmaları rəqib olur”.
Qeyd edək ki, qazaxıstanlılar Avro-2008-də hər iki oyunda 1:1 hesablı bərabərliyə qaldığı yığmamızla növbəti iki görüşü gələn il keçirəcək.

- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
0
0