Toni Kroos: Qazaxıstan yığması Azərbaycandan güclüdür
12.10.2010 - 14:47
Almaniya milli komandasının futbolçusu Toni Kroos Azərbaycan və Qazaxıstan yığmalarını müqayisə edib. Apasport.az saytının məlumatına görə, Münhenin “Bavariya” klubunun 20 yaşlı yarımmüdafiəçisi Avro-2012-nin seçmə mərhələsində bu gün səfərdə qarşılaşacaqları qazaxları millimizdən üstün sayır. Onun fikrincə, bu rəqib hətta Türkiyə yığması ilə müqayisə edilə bilər: “Bugünkü rəqibimiz Azərbaycanla müqayisədə daha güclü komandadır. Oyuna Türkiyə ilə matça olduğu kimi yanaşmalıyıq. Əks halda, bu bizim üçün ağır nəticələnə bilər. Amma əminəm ki, bu bizim başımıza gəlməyəcək”.
Qeyd edək ki, Toni sentyabrın 7-də keçirilən və meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatan Almaniya – Azərbaycan qarşılaşmasını ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Toni sentyabrın 7-də keçirilən və meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatan Almaniya – Azərbaycan qarşılaşmasını ehtiyat oyunçular skamyasından izləyib.
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0