Rail Məlikovun ayağı qırılıb
12.10.2010 - 20:09
Azərbaycan milli komandasının futbolçusu Rail Məlikovun bu gün Türkiyə yığmasına qarşı oyunda aldığı zədə ciddi olub. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə oyunu zamanı Tuncay Şanlı ilə toqquşmada xəsarət alan müdafiəçinin ayağı qırılıb. Bakının “Neftçi” klubunda çıxış edən futbolçunun durumunun ciddi olduğunu görən yığma həkimləri onu xəstəxanaya göndərmək qərarına gəliblər. Birinci hissənin son dəqiqələrində zədələndiyi üçün əvəzlənən Məlikoov elə dərhal xəstəxanaya göndərilib. Futbolçunun durumuna dəqiq müayinədən sonra tam aydınlıq gələcək.
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0