Əmrə Belözoğlu: Milli komandada karyeramı başa vururam
12.10.2010 - 21:52
“Azərbaycan yığmasından qol buraxmağımızın günahı məndədir. Qolu mənim cavabdeh olduğum oyunçu vurdu”. Apasport.az saytının məlumatına görə. Bu sözləri Türkiyə yığmasının kapitanı Əmrə Belözoğlu deyib.
Əmrə məğlubiyyətə görə hamıdan üzr istəyib: “Bilmirəm ki, bizimlə nə baş verir. Kənarda mehriban bir kollektivik. Meydanda isə heç komandaya bənzəmirik. İş o yerə çatıb ki, bizdən 20-30 qat az qazanan futbolçulardan təşkil olunan yığmalara da uduzuruq. Buna görə də bütün Türkiyədən, azarkeşlərimizdən üzr istəyirəm. 3-4 qol imkanımız oldu. Vura bilmədik. Belə oyunlarda həmişə çətin olur. Qol imkanlarını qaçırıb topu öz qapında görürsən və sonrası çətinləşir”.
Məğlubiyyətə çox üzülən yarımmüdafiəçi yığma karyerasını bitirmək fikrindədir: “Azərbaycana məğlubiyyətdə biz-təcrübəlilərin də günahı var. Yəqin komandaya yaxşı nümunə olmuruq. Məncə artıq biz – yaşlılar yığma karyerası ilə bağlı fikirləşməliyik. Uzun illər milliyə xidmət etmişəm. Yenə oynamaq istəyirəm. Lakin əvvəlki qədər faydalı ola bilmirəm. Ailəmlə məsləhətləşmələrdən sonra yığma ilə vidalaşmaq istəyirəm. Bu, Avro-2012-dən sonra olacaq”.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0