Hamit Altıntop: Bu gün çarəsiz qalmışdıq
12.10.2010 - 22:09
Hamit Altıntop: Bu gün çarəsiz qalmışdıq
“Həyatda elə anlar olur ki, çarəsiz qalırsan. Bu gün də elə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının futbolçusu Hamit Altıntop deyib.

Gənc futbolçu komandasının Avro-2012-nin Azərbaycan yığması ilə oyundakı məğlubiyyətinə çox üzülüb. O, millidəki problemlərin həll olunmasını istəyir: “Deməzdim ki, futbolçularımız nəyisə düz etmədi. Biz əlimizdən gələni edib çalışdıq. Amma alınmadı. Hər şey yaxşı başlamışdı. Qol imkanlarımız da oldu. Lakin vura bilmədik. Almaniya və Azərbaycana məğlubiyyətlərdən sonra oturub özümüzə suallar verməli, onlara cavab tapmalıyıq. Hamımız birləşib çıxış yolunu birgə tapmalıyıq. Yoxsa ki, Azərbaycana da uduzuruq. Düşünmürəm ki, məsələ Qus Hiddink və ya başqa birisi ilə bağlıdır. Problem nə isə sistematik həll olunmalıdır”.