“İnanmıram ki, bu qol Türkiyə karyerama mənfi təsir etsin”
12.10.2010 - 22:33
“Seçmə mərhələnin ilk ev oyununda qələbə qazanmaq çox sevindiricidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
Avro-2012-nin seçmə mərhələsinin Türkiyə ilə oyununda vurduğu qolla yığmamıza qələbə qazandıran 28 yaşlı müdafiəçi qarşılaşmadan sonra sevincini gizlətməyib: “Məqsədimiz qələbə qazanmaq idi. Biz də buna nail olduq. Stadiona toplaşan azarkeşlərimizi sevindirə bildiyimiz üçün çox şadam. Çalışacağıq ki, qarşıdakı görüşlərdə də onlara sevinc bəxş edək”.
Rəşad təxminən bir aydır transfer olunduğu Türkiyənin “Əskişəhərspor” klubunda hələ də debüt etməyib. Vurduğu bir zərbə ilə “ay-ulduzlu”ları məğlubiyyətə düçar etməsindən sonra onun komandadakı mövqeyinin daha da pisləşəcəyi, qardaş ölkədə sıxışdırıla biləcəyi isə Sadıqovu qorxutmur: “Çox yaxşı bilirdim ki, “Əskişəhərspor” azarkeşləri də klub rəsmiləri və komanda yoldaşlarım da bu oyunu maraqla izləyəcək. Çalışırdım ki, nəyə qadir olduğumu bu dəfə də göstərim. Türkiyə yığmasına vurduğum qolla onların sevimli komandalarının məğlubiyyətinə səbəb oldum. Inanmıram ki, bu mənim Superliqa karyerama mənfi təsir göstərsin”.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0