Berti Foqts: Xahiş edirəm, bu qələbədən sonra futbolçuları çox tərifləməyin
12.10.2010 - 22:43
“Xahiş edirəm ki, bu qələbədən sonra futbolçuları çox tərifləməyin. Qarşıdan onların çempionat oyunları gəlir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin Türkiyə ilə oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Foqts 1:0 hesablı qələbədən sevincli olduğunu bildirib: “Bu, ilk ev oyunumuz olduğundan, qələbə qazanmaq istəyirdik. Bunu da bacardıq. Bu gün azarkeş dəstəyi möhtəşəm idi. Qələbəmizi də AFFA prezidenti Rövnəq Abdullayevə və azarkeşlərimizə həsr edirəm. Oyunun ən yaxşısına gəlincə, bu təbii ki, kapitanımız Rəşad Sadıqov idi. Türkiyə futboluna çox yaxşı bələdəm. Onların güclü komandası var. Belə rəqib üzərində qələbə böyük uğurdur”.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0