“Hiddink ağzı ilə quş tutsa belə, Türkiyənin qəzəbindən yaxa qurtara bilməyəcək”
13.10.2010 - 10:01
“Qus Hiddink Almaniyaya məğlubiyyətimizi normal qarşıladı. Amma növbəti görüşdə Bank Asiya I Liqasında oynamaq gücündə olan Azərbaycana da uduzduq və finallara gedən yolumuzu Bakıda dəfn etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri türkiyəli idman yazarı Əhmət Çakar deyib.
Avro-2012-nin qrup mərhələsində Azərbaycan futbolçularının “ay-ulduzlular”a qalib gəlməsi Türkiyədə sensasiya kimi qiymətləndirilib. Həmkarlarımız komandalarının məğlubiyyətinə görə utandıqlarını qeyd ediblər. Çakar bildirib ki, bu görüşdən sonra həm də qorxu içərisindədir: “Baş məşqçidən çox şey gözləyirdik. Lakin Hiddink ümidləri doğrultmamaqda davam edir. Heyətdə lazımsız futbolçulara şans verir. Azərbaycanla görüş də istisna olmadı. Klublarında forma geyinə bilməyən 4 futbolçuya – Tuncay Şanlı, Hamit Altıntop, Özer Hurmaçı və Semih Şəntürkə güvəndi. Nəticəsi isə yalnız bizi yenidən keçmişə qaytarır. Qorxuram ki, 1980-ci illərdəki kimi, hər matçda, hər turnirdə qələbəyə xəyal kimi baxaq. Çünki bundan sonra Hiddink ağzı ilə quş tutsa belə, bu ölkənin qəzəbindən yaxa qurtara bilməyəcək”.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0