Rəşad Sadıqov Avro-2012-nin tarixinə düşdü
13.10.2010 - 10:45
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Avro-2012-nin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, seçmə mərhələ çərçivəsində dünən Türkiyə ilə oyunda komandamızın qələbə qoluna imza atan 28 yaşlı müdafiəçi bununla da Avropada heç kimin nail olmadığı göstəricinin müəllifi olub.
Rəşad Avro-2012-nin tarixinə ilk və hələlik yeganə oyunçu kimi düşüb ki, həm rəqib, həm öz qapısına qol vurub. Sentyabrın 7-də Almaniya ilə səfər matçında avtoqol müəllifi olan Sadıqov 35 gündən sonra Türkiyə ilə matçda həmin səhvinin əvəzini artıqlaması ilə verib.
Belə ki, Kölndə hesab 0:3 olarkən “fərqlənən” kapitanın öz qapımıza qol vurması nəticəyə ciddi təsir etməmişdi – 1:6. Bu dəfə isə qələbənin memarı olmağı bacardı. Seçmə mərhələnin arxada qalan hissəsində avtoqol müəllifi olan 6, rəqib qapısına yol tapan 139 nəfərlik siyahılarının hər ikisində yer alan ikinci bir oyunçu yoxdur.

0
0