“Qələbə qazandıq, həm sevinirik, həm də üzülürük”
13.10.2010 - 12:10
“Azərbaycanda 10 ildir ki, belə künc zərbələrinin üzərində çalışırıq. Türkiyədə oynadığım komandalarda neçə ildir “gəlin bunu burda da edək” deyirdim. Amma sözüm keçmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
“Kanaltürk” televiziyasının məşhur şərhçisi Erman Toroğluya müsahibə verən 28 yaşlı müdafiəçi Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan – Türkiyə qarşılaşmasındakı qələbənin üzücü tərəfindən danışıb: “Sonda bunu Türkiyə ilə oyunda da həyata keçirdik və qol vurduq. Düşünürdük ki, ən azı uduzmayaq. Qələbə qazandıq, həm sevinirik, həm də üzülürük. Çünki Türkiyənin qrupdan çıxmağını istəyirik. Bu yığma bizim üçün nümunə götürdüyümüz komandadır”.
Qeyd edək ki, millimiz Türkiyəni Sadıqovun yeganə qolu ilə məğlub edib – 1:0.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0