Qus Hiddink millimizə qarşı taktika tapmadı: Çıxın və işi bitirin!
13.10.2010 - 15:51
Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddinkin Azərbaycanla oyunun fasiləsi zamanı futbolçularına verdiyi tapşırıqlar məlum olub. Apasport.az saytının məlumatına görə, həmin an soyunub-geyinmə otağında olanlar arasında hollandiyalının sözlərini mətbuata sızdıranlar tapılıb.
Həmin mənbə bildirib ki, Hiddink fasilə zamanı çarəsizlikdən oyunçulara heç bir taktiki tapşırıq verməyib. Mütəxəssis oyunçuları yalnız psixoloji cəhətdən ikinci hissəyə kökləməyi lazım bilib: “Hamınız mənə baxıb nə gözləyirsiniz? Sizə nə deməyimi gözləyirsiniz ki? İkinci hissədə meydana çıxın və nüfuzunuzu xilas edin. Bu oyun üçün hər hansı taktika-zad deməyim bir nəticə verməz. Rəqibimiz Azərbaycandır. Bəlkə də sizin qazancınızın 1/30 hissəsini qazanırlar. Buna görə də meydana çıxın və işinizi bitirin”.
Qeyd edək ki, yığmamız Türkiyə futbolçularını Rəşad Sadıqovun ilk yarıdakı qolu ilə məğlub edib – 1:0.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0