Dünya mətbuatı Azərbaycandan yazır
13.10.2010 - 16:09
Milli komandamızın Türkiyə üzərində əldə etdiyi qələbə bütün dünyada maraqla qarşılanıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq informasiya agentlikləri qələbəmizi əsas xəbər kimi oxucuların diqqətinə çatdırıb.
AFP: Azərbaycanlılar Avro-2012-in seçmə mərhələsində türkiyəliləri şok etdi. Azərbaycanla oyunda 0:1 hesabı ilə məğlub olan Türkiyə millisinin AÇ-2012-yə vəsiqə qazanmaq ümidi böyük zərbə aldı. Avro-2008-də möhtəşəm oyun ortaya qoyaraq, yarımfinala vəsiqə qazanan Türkiyə Azərbaycanla oyunda qələbə qazanaraq Almaniyaya yaxınlaşmaq istəyirdi. Ancaq “Qarabağ”da (mənbə burada səhv qeyd edib. Rəşad Sadıqov Türkiyənin “Əskişəhərspor” klubuna transfer olub – red) oynayan müdafiəçi Rəşad Sadıqovun vurduğu qol Qus Hiddinkin komandasının ümidlərini parça-parça etdi. Almaniya qrupdakı liderliyini daha da möhkəmlətdi.
Associated Press: Azərbaycan Türkiyəni 1-0 udaraq təəccübləndirdi
Azərbaycan Avro-2012-in seçmə mərhələsində Türkiyəni Rəşad Sadıqovun ilk hissədə vurduğu qolla məğlub etdi. Meydan sahiblərinin kapitanı 35-ci dəqiqədə künc zərbəsindən ötürülən topu dəqiq zərbə ilə tora göndərdi. Yaradıcı oyun plan üzərindən vurulan qolda 2 hücumçu topun üzərindən tullandı, Sadıqovun zərbəsi isə dəqiq oldu. Oyun ərzində daha çox topa sahib olan Türkiyə millisi bir neçə qol imkanı əldə etsə də, qapıçı Kamran Ağayevi keçə bilmədi. “Ay-ulduzlular” 25-ci dəqiqədə qol vurmağa yaxın oldular. Ancaq Hamit Altıntopun 30 metr məsafədən vurduğu top qapı tirinə tuş gəldi. Sürpriz qələbə A qrupunda Azərbaycana ilk xallarını qazandırdı. Türkiyə isə 4-cü oyunda 2-ci məğlubiyyətlə üzləşdi.
Reuters: Azərbaycan Hiddinkin Türkiyəsini təəccübləndirdi
Azərbaycan milli komandasına sürpriz nəticə ilə məğlub olan Türkiyə millisi Aç-2012-yə qatılmaq şansını çətinləşdirdi. Almaniyaya 0:3 hesabı ilə məğlubiyyətdən sonra Qus Hiddinkin komandası Azərbaycanla oyunda 3 xal qazanmaq istəyirdi. Ancaq Türkiyə müdafiədə səhvlər etdi, Azərbaycana boş sahə verirdi.
Telegraaf qazeti: Hiddink Türkiyə ilə enməyə davam edir
Türkiyənin Almaniyadan sonra Azərbaycana da məğlub oldu. Bu, Qus Hiddink üçün çox bərbad bir həftə oldu.
AD qəzeti: Hiddink Türkiyə ilə acı bir məğlubiyyət aldı
Bu məğlubiyyətdən sonra A qrupundakı vəziyyət hollandiyalı çalışdırıcı üçün daha da qarışıq vəziyyət aldı. Azərbaycan sürpriz edərək, Türkiyəni məğlubiyyətə uğratdı və qrupda ilk xallarını aldı.
Dövlət televiziyası (NOS): Hiddink yenə məğlub oldu
Türkiyə 5 gün ərzində ikinci məğlubiyyətlə üzləşdi. Hiddinkin çalışdırdığı Türkiyə cümə günü Almaniyaya 0:3 hesabı ilə məğlubiyyətdən sonra Bakıda Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycana 0:1 hesabı ilə uduzdu.
Nemzetisport qəzeti: Azərbaycan Türkiyəni udaraq, tarixindəki ən böyük uğurunu qazandı
Macarıstanda gündəlik çıxan qəzetlərdən olan “Nemzetisport” Azərbaycanın Türkiyə ilə oyunda ilk dəfə qələbə qazandığını qeyd edib. Qus Hiddinkin kreslosu təhlükədədir. Almaniyaya məğlubiyyətdən sonra Azərbaycana da uduzmaq Türkiyədə təəccüblə qarşılandı. Hiddinkin komandası yaxşı oynamadı. Onun vəzifəsində qalıb-qalmayacağı böyük maraq kəsb edir.
Macarıstanın internet saytları da oyunla bağlı xəbərlərə yer verərək gecənin sürprizinə Azərbaycan milli komandasının imza atdığını qeyd ediblər. Türkiyəlilər sonacan mübarizə aparmadılar. Azərbaycanlılar meydanın hər bir qarışı uğrunda döyüşərək alınların haqqı ilə qələbə qazandılar.
ZDF: Türkiyəyə şok
Qazaxıstan - Almaniya qarşılaşmasını canlı yayımlayan ZDF kanalı görüşün fasiləsində Azərbaycan – Türkiyə görüşünün görüntülərini tamaşaçılarının diqqətinə çatdırıb. Berti Foqts Almaniya milli komandasına AÇ seçmə mərhələsi çərçivəsində böyük yardım etdi. Almanların sabiq baş məşqçisi Foqts qrupun zəif komandası Azərbaycan ilə Türkiyə qarşısında qələbə qazanaraq böyük bir sürprizə imza atdı. Almaniyanın qrupda ən böyük rəqibi Türkiyə, 4 gündə ikinci dəfə məğlubiyyət acısı daddı. Qrupdakı şansını azaltdı.
RTL TV: Şok, Şok, Şok
Türkiyə millisi Azərbaycanla oyunda biabır oldu. Pis futbol nümayiş etdirən Türkiyə Azərbaycan səfərində 0:1 hesabı ilə uduzdu. Qrupunda ilk dəfə 3 xal qazan və Türkiyəni ilk dəfə məğlub edən Azərbaycan Almaniyanın işini asanlaşdırdı.
Sport1: Foqts Türkiyəni rəzil etdi
Almaniyalı məşqçi Berti Foqtsun çalışdırdığı Azərbaycan böyük qardaşı Türkiyəni məğlub edərək böyük bir sürprizə imza atdı. Foqts oyundan əvvəl “sürpriz edəcəyik” demişdi. Komandası Foqtsu haqlı çıxardı. Bu qələbə Azərbaycanda böyük sevinc yaratdı.
Bild: Foqts, hollandiyalı Hiddinkin türklərini meydandan sildi-süpürdü
Almaniyaya 0:3 hesabı ilə məğlubiyyətdən sonra Qus Hiddinkin heyətdə 5 dəyişiklik etdi. Ancaq bu dəyişiklik heç bir fayda vermədi. Sadəcə, Hamit Altıntopun bir zərbəsi üst dirəkdən geri döndü. Türkiyə tanınmayacaq qədər pis gündə idi.
Kikker: Türkiyə hara gedir?
Almaniyadan sonra Azərbaycana da məğlub olan Türkiyə şokdadır Türkiyəlilər Berti Foqtsun Azərbaycanı qarşısında rəzil oldular. Türkiyəli futbolçuların formaları bərbad vəziyyətdədir.
Express: Azərbaycan sürprizi – 1:0
Türkiyə, A qrupunun zəif komandası qarşısında 0:1 hesabı ilə məğlub oldu. Avropa çempionatına qatılmaq xəyalı çətinləşdi. Azərbaycanın yeganə qolunu Rəşad Sadıqov vurdu. Sadıqov qol vurarkən, Türkiyə millisinin müdafiəsi yuxuda

0
0