Türkiyəlilər futbolçularımıza veriləcək mükafatla maraqlanırlar
14.10.2010 - 08:20
Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 12-də keçirilən görüşündə Türkiyə milli komandasını məğlub edən Azərbaycan yığmasının futbolçularının alacağı mükafat qardaş ölkədə də böyük maraq doğurur. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız bu məsələni araşdırmaq niyyətinə düşüblər. Lakin onlar FİFA reytinqində 102-ci olmasına baxmayaraq 21-ci yerdə qərarlaşan Türkiyəyə dərs keçən komandamızın nə qədər para qazandığı müəyyənləşdirib ortaya çıxara bilməyiblər.
Belə ki, həmkarlarımızın müraciət etdiyi, adı açıqlanmayan AFFA rəsmilərindən birinin verdiyi cavab qənaətbəxş olmayıb: “Oyundan əvvəl futbolçulara mükafatla bağlı heç bir söz-zad verməmişik. Verib-verməməyimizi həftə ərzində dəqiqləşdirəcəyik. Bizim qələbə üçün mükafatlarımız adətən hər oyunçuya 5-10 min avro olur”.
Türkiyəlilər daha dolğun məlumat almaq üçün azərbaycanlı jurnalistlərdən birinə yaxınlaşıblar. Lakin o, da mükafatla bağlı konkret bir şey deyə bilməyib: “Nə mükafat? Futbolçularımızı təbrik etməyimiz kifayətdir”.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0