TFF Hiddinklə bağlı qərarını verdi
15.10.2010 - 09:44
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener yığmanın baş məşqçisi Qus Hiddinklə bağlı rəsmi mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, federasiya başçısı “ay-ulduzlular”ın Avro-2012-nin seçmə mərhələsində Almaniya və Azərbaycan yığmaları ilə səfər oyunlarında uduzmalarına baxmayaraq, baş məşqçini dəyişdirməyəcəklərini bildirib.
Özgener Hiddinkin postunda qalacağını bəyan etməklə, istefa ilə bağlı söz-söhbətlərə son qoyub: “Bizi son vaxtlar çox tənqid edirlər. Mən tənqidi sevirəm. Ancaq biz hələ də əminik ki, indiki məşqçi ilə qoyulan məqsədə çatacağıq. Bu gün Hiddinklə müqavilənin pozulması söhbəti yoxdur. Biz artıq baş verənləri təhlil etmişik. İndi səhvlərimiz üzərində işləyəcəyik”.
Qeyd edək ki, Türkiyə parlamenti də Hiddinkin işindən narazıdır və ondan son iki məğlubiyyətə görə hesabat tələb edir.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0