Vinfred Şafer: Dəqiqələr ötdükcə, onlar düşmən oldular
15.10.2010 - 12:56
“Azərbaycanlı futbolçular Türkiyəyə məğlub olacaqlarını düşünürdülər. Berti Foqts stadiona çıxanda bütün azarkeşlər onun əleyhinə qışqırırdılar. Amma qələbədən sonra hər şey əksinə oldu ”. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Vinfred Şafer deyib.
Almaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Türkiyə oyununa münasibət bildirib. O, milli komandamızın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə rəqib futbolçularının zəif oynadıqlarını deyib: “Qus Hiddinkin komandası çox həyəcanlı görünürdü. Hər bir səhv ötürmədən sonra türklər bir-birinə qarışırdılar və buna görə reaksiyaları aydın görünürdü. Dəqiqələr ötdükcə isə onlar düşmən oldular. Sanki “ay-ulduzlular” bir-birinə qarşı mübarizə aparırdılar”.
Türkiyənin kiçik qardaşı tərəfindən döyüldüyünü deyən Şafer Bakıda hələ də bunun sevinci yaşandığını və 2 gündür mətbuatın bu oyuna xüsusi diqqət ayırdığını bildirib: “Görüş başa çatandan sonra azərbaycanlılar çox sevincli görünürdülər. Qələbənin ardınca küçələrə axışan azarkeşlər səhərə qədər yatmadılar. Onlara və Berti Foqtsa görə çox sevinirəm”.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0