Qazaxıstan milli komandasının baş məşqçisi qovuldu
15.10.2010 - 13:10
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork vəzifəsindən azad edilib. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasının İcraiyyə Komitəsi almaniyalı mütəxəssislə bağlı qərar qəbul edib. Onlar Ştorkun cari seçmə mərhələdə işini qiymətləndirərək, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədiyini qənaətinə gəliblər. Qurum rəhbərliyi bu gün Almatıda keçirdiyi mətbuat konfransında ilin sonunda müqaviləsi başa çatan almaniyalı ilə əməkdaşlığa son qoyduqlarını rəsmən açıqlayıblar.
Qeyd edək ki, milli komandamızla hər iki oyunu gələn il keçirəcək Qazaxıstan yığmasının yeni baş məşqçisi ilə bağlı axtarışlara artıq start verilib.
Qeyd edək ki, milli komandamızla hər iki oyunu gələn il keçirəcək Qazaxıstan yığmasının yeni baş məşqçisi ilə bağlı axtarışlara artıq start verilib.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0