İlk rəqibimiz: “Gambit-Asseco-See”
17.10.2010 - 09:37
Bu gün Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə Avropa klub çempionatı start götürür. Apasport.az saytının xəbərinə görə, yarışda ilk dəfə olaraq Azərbaycan komandası da mübarizə aparır.
Artıq ilk turda SOCAR klubunun rəqibi müəyyənləşib. Şahmatçılarımız yarışın ilk günündə “Gambit-Asseco-See” (Makedoniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışda həmyerlilərimizlə birgə 49 komanda Avropa çempionu adı uğrunda qüvvəsini sınayacaq. 7 turdan ibarət olacaq yarışın rəsmi açılış mərasimi və kapitanların görüşü bu gün baş tutacaq. İlk tur oktyabrın 17-də start götürəcək və 23-də qitə çempionunun adı bəlli olacaq. 24-də isə yarışın bağlanış mərasimi baş tutacaq.
Heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Aleksandr Qrişuk (Rusiya), Aleksey Şirov (İspaniya), Maksim Vaşyer-Laqrav (Fransa) və Rustam Qasımcanov (Özbəkistan) olan komandamıza Olimpiya çempionu Vladimir Tukmakov kapitanlıq edəcək.

- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
0
0