Yığmamızın rəqibi üçün 5 namizəd
19.10.2010 - 09:22
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Qazaxıstan yığmasının baş məşqçisi postuna namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qazax həmkarlarımız vəzifəsindən qovulan almaniyalı mütəxəssis Bernd Ştorkun xələfi ola biləcək çalışdırıcıların siyahısını əldə ediblər. Onlar gələn il yığmaya rəhbərlik etməyə 5 namizədin olduğunu düşünürlər.
Qazaxıstanın “Aktobe” klubu ilə kifayət qədər titul qazanan, bu ölkənin futboluna yetərincə bələd olan Vladimir Muxanov bizim üçün də tanış məşqçidir. Belə ki, onun rəhbərlik etdiyi klub dəfələrlə “Birlik kuboku”nda Azərbaycan çempionlarına qalib gəlib. Muxanov kimi digər rusiyalı mütəxəssis Ravil Sabitov da Qazaxıstan yığmasının “sükanı arxasına” keçə bilər. O, hazırda “Tobol”da uğurla çalışır.
Rəqibimizin potensial məşqçiləri sırasında iki yerli çalışdırıcı da var. Bunlar müvafiq olaraq “Vostok” və “Taraz”a rəhbərlik edən Vahid Masudov və Dmitri Oqaydır. Namizədlər siyahısında ən məşhur sima isə hollandiyalı Leo Beenhakkerdir. Hazırda “Feyenord”un texniki direktoru olan 68 yaşlı təcrübəli mütəxəssis vaxtilə “Ayaks”, “Real”, Hollandiya və Polşa yığmaları kimi komandalara rəhbərlik edib.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan yığmaları arasında seçmə mərhələdə keçiriləcək hər iki oyun 2011-ci ildə baş tutacaq.

0
0