Azərbaycan yığması ilə oyun öncəsi Voronej səfəri
19.10.2010 - 10:19
Belçika yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə oyun öncəsi Rusiyanın Voronej şəhərinə səfər edəcək. Apasport.az saytının məlumatına görə, ruslar Belçika ilə noyabrın 17-də yoldaşlıq görüşünü bu şəhərdə keçirməyə qərar verib. Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko Voronej vilayətinin qubernatoru Aleksey Qordeyevlə telefon söhbətində bununla bağlı məlumat verib. Qordeyevin özü əvvəl bu təşəbbüslə çıxış edib və buna sonda müsbət cavab verilib. Rusiya millisinin baş məşqçisi Dik Advokat keçmiş yığması ilə görüşdüyü gün yığmamız səfərdə Çernoqoriya millisi ilə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, Belçika – Azərbaycan oyunu gələn ilin martın 29-da olacaq.
Qeyd edək ki, Belçika – Azərbaycan oyunu gələn ilin martın 29-da olacaq.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
0
0