“Azərbaycan yığmasını uda bilməyənləri döyürlər”
20.10.2010 - 08:59
“Belə futbolçularla hara gedəsən? Türkiyə futbolunun səviyyəsi bütün dəstələrdə aşağı düşüb”. Apasport.az saytının məlumatına görə, bu sözləri türk futbolunun veteranı Mehmet Atay deyib.
Futbolçu və klub rəsmisi kimi aşağı dəstə klublarının uğurları üçün çalışmış Atay Türkiyə televiziya kanallarının qonağı kimi daha çox tanınıb. Ölkə futbolunun səviyyəsini tənqid edənlərdən olan mütəxəssis Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də baş tutan matçda Azərbaycan milli komandasına uduzan həmyerlilərindən də narazı qalıb: “Futbolun səviyyəsinin enməsində əcnəbilərin də rolu var. Bir vaxtlar İtaliya futbolu da bu gündə idi. Bu gün artıq Azərbaycan yığmasına da uduzuruq. Hərçənd dünyada Azərbaycanı məğlub edə bilməyən komandaları döyürlər”.
Qeyd edək ki, Azrbaycan yığması 8 gün əvvəlki görüşdə türkiyəliləri 1:0 hesabı ilə məğlub edib.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0