Yığmamız Berti Foqtsun komanda yoldaşına xəyal qırıqlığı yaşadıb
21.10.2010 - 15:37
“Türkiyə yığmasının Almaniyaya, daha sonra Azərbaycana məğlub olması yalnız məndə deyil, hər kəsdə xəyal qırıqlığı yaşatdı. Gözləmədiyimiz fərqli nəticələr idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniyanın məşhur futbolçularından olan Uve Zeeler deyib.
Uzun illər Bundestimdə oynayan, vaxtilə yığmamızın baş məşqçisi Berti Foqtsla komanda yoldaşı olan 74 yaşlı veteran futbolçu Avro-2012-nin seçmə mərhələsində Bakıdakı nəticəni gözləmirmiş. Zeelerin sözlərinə görə, yığmamıza uduzan (0:1) Türkiyə millisi onu pərişan edib: “Mənim vaxtımda bu yığma daha yaxşı və təhlükəli idi. O, Almaniyada türk tərəfdarları tərəfindən verilən güclü dəstəyə baxmayaraq, müvəffəqiyyətli ola bilmədi. Əgər Türkiyə yığması özünü toparlasa, 2012-ci il Avropa çempionatına qatıla bilər. Ancaq bunun üçün çox mübarizə aparmaq lazımdır. Bu yığma özünü indi təzyiq altında hiss edir ki, bu da təbiidir. Digər oyunlarda çox diqqətli olması lazımdır. Baş məşqçi Qus Hiddink çox uğurlu və yaxşı bir baş məşqçidir. Onun komandasının yeni bir nizama ehtiyacı var. Türkiyə yığması köklü dəyişiklik dövrünü yaşayır”.

0
0