Mehmet Topal yığmaya çağırılmamağına aydınlıq gətirdi
22.10.2010 - 09:34
“Mənim yığmaya çağırılmamağım Oğuz Çətinlə bağlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Valensiya”da çıxış edən türkiyəli futbolçu Mehmət Topala məxsusdur.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan “ay-ulduzlular”ın heyətində 17 görüş keçirən yarımmüdafiəçi milliyə çağrılmamasından narazıdır. O, bunun əsas səbəbini baş məşqçi Qus Hiddinkin köməkçisi Oğuz Çətində görür. Almaniya və Azərbaycanla məğlubiyyətlərə münasibət bildirməkdən imtina edən Topal bildirib ki, növbəti görüşlərdə də düşərgəyə çağırılmaması ilə barışıb: “İspaniyanın ən böyük və iddialı komandalarından birində oynayıram. Lakin baş məşqçi Qus Hiddink məni yığmaya çağırmır. İlk toplantıdan sonra Azərbaycan və Almaniya ilə matçlarda da mənə etimad göstərmədi. Bunun əsas səbəbini isə onda görmürəm. Onun mənə təklif göndərməsinə Oğuz Çətin mane olur. Köməkçinin məni sevmədiyi və komandada görmək istəməməsi hollandiyalı mütəxəssisə də təsirsiz ötüşməyib”.
Qeyd edək ki, bu mövsüm “Valensiya”ya transfer olunan Topal 3 görüşdə 1 qola imza atıb.

0
0