“Bakıdakı məğlubiyyət Türkiyə futbolunun xeyrinə oldu”
28.10.2010 - 11:09
“Bakıdakı məğlubiyyət bizim üçün əla dərs oldu. Bundan nəticə çıxarmağa başlamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər Türkiyənin tanınmış köşə yazarı Səlcuq Yulaya məxsusdur.
Avro-2012-nin seçmə mərhələsində Berti Foqtsun yetirmələrinin “ay-ulduzlu” komandaya 1:0 hesabı ilə qalib gəlməsi hələ də qonşu ölkənin mətbuatında müzakirə olunur. Həmkarlarımız məğlubiyyətin səbəblərini axtarırlar. Yula yığmamıza uduzan milli komandalarını bu oyundan sonra tanıdıqlarını və nəticənin Türkiyə futbolu üçün xeyirli olacağını bildirib: “Azərbaycan məğlubiyyəti bizə həm baş məşqçi Qus Hiddinki, həm də “ay-ulduzlu” komandanı qazandırdı. Qalib gəlsəydik, dəyişən bir şey olmayacaqdı. Çünki artıq hollandiyalı baş məşqçi oyunları izləməyə başlayıb. Bir gün İstanbula, bir gün Trabzona gedir. Əslində, belə də olmalıdır. Çünki 1 futbolçunu izləməyə gedir və orada digərini bəyənir. Onun qarşılaşmaları izləmələri futbolumuzun keyfiyyətini də yüksəldir. Hiddinkə özünü sübut etməyə çalışanlar oyunlarını daha da artırırlar. Bu isə sonda Türkiyə futbolunun xeyrinədir”.
Qeyd edək ki, oktyabrın 12-də keçirilən görüşdə Azərbaycan yığması Rəşad Sadıqovun vurduğu qolla Türkiyə milli komandasına qalib gəlmişdi.

0
0