Fransa Futbol Federasiyası (FFF) Canni İnfantinonun 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəkləməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Federasiyanın prezidenti Filip Diallo yaranmış vəziyyəti sentyabrın 8-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarmağı planlaşdırır. Bununla o, qərarı təkbaşına qəbul etdiyi təəssüratının yaranmasını istəmir.
FFF İnfantino ilə bağlı mövqeyini rəsmi şəkildə açıqlamayıb.
Qeyd edək ki, İnfantino 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb. Seçkinin gələn il martın 18-də Mərakeşdə keçirilməsi planlaşdırılır.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”