Qus Hiddink Türkiyə millisində 7 yeni futbolçuya şans verəcək
29.10.2010 - 10:28
AÇ-2012-nin seçmə mərhələsinin son 2 matçında əvvəl Almaniyaya (0:3), daha sonra Bakıda millimizə uduzan (0:1) Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink artıq islahatlara başlayıb. Apasport.az saytının xəbərinə görə, hollandiyalı mütəxəssis növbəti oyunlarda 7 yeni futbolçuya şans verməyi qərara alıb.
Hiddink “Bavariya”nın icarə əsasında “Nürnberq”də forma geyinən 20 yaşlı yarımmüdafiəçisi Mehmet Ekinci ilə yanaşı , “Trabzonspor”dan Sərkan Balcı, “İstanbul BB” Gökhan Süzen, “Kasımpaşa”dan Yekta Kurtuluş, “Qaziantepspor”dan Orhan Gülle, “Əskişəhərspor”dan Batuhan Karadəniz və “Kayserispor”dan Hasan Ali Kaldıranı “ay-ulduzlular”ın düşərgəsinə çağıracaq.
Hollandiyalı məşqçi Nihat Kahveçi, Gökhan Zan və Hakan Baltanın bir daha milli komandaya çağırılmayacağını deyib.

- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
0
0