2 azərbaycanlı 1 erməniyə rəqib oldu
29.10.2010 - 10:45
Noyabrın 16-da Rusiyanın paytaxtı Moskvada şahmatın blits növü üzrə dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov (2765) və Rauf Məmmədov (2627) təmsil edəcək.
3 gün davam edəcək mundialda Maqnus Karlsen (Norveç, 2826), Levon Aronyan (Ermənistan, 2783), Pavel Elyanov (2761), Ruslan Ponomoryov (2749, hər ikisi Ukrayna) Boris Gelfand (İsrail, 2751), Hikaru Nakamura (ABŞ, 2733), Maksim Vaşyer-Laqrav (Fransa, 2721) Vladimir Kramnik (2780), Aleksandr Qrişuk (2760), Sergey Karyakin (2747), Petr Svedler (2731), Yan Nepomnyaşi (2706), Boris Qraçev (2668), Boris Savçenko (2627, hamısı Rusiya) və Bu Xiandzi (Çin, 2695) mübarizə aparacaqlar.
Qeyd edək ki, zəka sahiblərimizi dünya çempionatından öncə Rusiyada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir gözləyir.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0