“Yığmamızın hər bir üzvündən medal gözləyirəm”
01.11.2010 - 13:07
“Dünya çempionatına ciddi hazırlaşmışıq. Bu səbəbdən vətənə uğurla dönəcəyimizə inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında sambo üzrə Azərbaycan yığmasının baş məşqçisi Mübariz İbrahimov deyib.
Noyabrın 4-7-də Özbəkistanın paytaxtı Daşkənddə dünya çempionatı keçiriləcək. Yarışda 7 nəfərlə təmsil olunacaq milli komandamızın hər biri medal qazanmağa iddialıdır. İbrahimov bildirib ki, Asiyaya uğur üçün yollandıqlarından vətənə qələbələrlə qayıdacağına əmindir: “Daşkəndə 3-də və 4-də təyyarə reysi olmadığından səfərə bu gün gedirik. Orada keçiriləcək mundialdan mütləq medalla dönəcəyik. Bu medalların sayı və əyarını Özbəkistanda döşəyə çıxacaq samboçularımız müəyyənləşdirəcək. Dünya çempionatına yüksək səviyyədə hazırlaşdığımızdan hər bir idmançıdan medal gözləyirəm”.

- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0