“Gəncə”dən yeni transfer
22.08.2026 - 17:42
“Gəncə”dən yeni transfer

"Gəncə" ABŞ-dən olan Mitçel Lataviusla anlaşıb.

Apasport.az xəbər verir ki, bu barədə basketbol klubunun mətbuat xidməti məlumat yayıb.

Hücumçu mövqeyində çıxış edən basketbolçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, boyu 203 sm olan 28 yaşlı forvard son mövsümü İrlandiyanın "Ballinkolliq" klubunda keçirərək çempionatın ən dəyərli oyunçusu (MVP) seçilib. O, mövsümlərarası fasilədə NBA Yay Liqasında "Detroyt Pistons" komandasının şərəfini qoruyub.