“Fənərbaxça”nın futbolçusu Bakıdakı oyunu yada saldı
01.11.2010 - 13:40
“Fənərbaxça”nın futbolçusu Bakıdakı oyunu yada saldı
“Biz bütün oyunları ayrı-ayrılıqda düşünməliyik. Ən əhəmiyyətlisi budur. O zaman qarşımızdakı hər rəqibi məğlub edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın futbolçusu Özər Hurmaçı deyib.

“Sarı-lacivərdli” klubun hücuma meylli yarımmüdafiəçisi Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Türkiyə millisinin növbəti mərhələyə çıxacağına inanır. Hazırda zədəli olan Hurmaçı bunun üçün Berti Foqtsun yetirmələrini misal gətirib. O, Bakıda futbolçularımız 0:1 hesabı ilə uduzan “ay-ulduzlular”ın bundan sonra belə oyunlarda xal itirməməsini məsləhət görüb: “Həm özümə, həm də komanda yoldaşlarıma inanıram. Yetər ki, Azərbaycanla oyunda olduğu kimi başqa görüşlərdə xal itirməyək. Bu halda son görüşə qədər Almaniya ilə baş-başa gələ bilərik və onlar Türkiyədən ehtiyat edəcəklər. Bizim qrup 1-cisi və 2-cisi kimi növbəti mərhələyə yüksəlmək ehtimalımız var”.

Qeyd edək ki, Türkiyənin U-20 və U-21 komandalarında forma geyinən Hurmaçı əsas yığmada da 2 oyun keçirib.