“Azərbaycana kim uduzsa, bir az susub yerində oturacaq”
01.11.2010 - 14:23
“Azərbaycan yığmasına kim uduzsa, bir az susub yerində oturacaq. Bu da mənim qismətimdir, bunları mən yaşadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Qus Hiddink deyib.
Hazırda vətənində olan hollandiyalı mütəxəssis yerli mətbuata verdiyi müsahibədə Avro-2012-nin son oyununu yada salıb. Hiddink Bakıda aldığı zərbəni unuda bilmədiyini açıqlayıb: “Almaniyada uduzmaq olar. Lakin Azərbaycana məğlubiyyəti heç cür həzm edə bilmərəm. Artıq problemi kökündən həll etməyin vaxtıdır. Türkiyəni Avro-2012-yə çıxarmaq üçün lazım olanı edəcəyəm”.
Hiddink 0:1 hesablı Bakı məğlubiyyətindən sonra yeni komanda quracağını, bu məqsədlə bütün Avropada oyunçu axtaracağını bildirib.

- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0