Rusiyalı məşqçi Azərbaycan yığması ilə görüşmək istəyir
10.11.2010 - 11:27
“Əgər sabah mənə zəng edib, yığmanın baş məşqçi postunu təklif etsələr? Mənə elə gəlir ki, istənilən məşqçi buna razılaşar. Milli komanda peşəmizdə pis nöqtəsidir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın son çempionu olan “Tobol” klubunun baş məşqçisi Ravil Sabitov deyib. “Aktobe”nin uzun müddət çempionluğuna son qoyan Kostanay təmsilçisi gələn ilin yanvarında “Birlik kuboku”nda Bakının “İnter” klubunun potensial rəqibi oldu. Buna nail olan Sabitovun adı Bernd Ştork Qazaxıstan yığmasının baş məşqçi postundan istefaya göndəriləndən sonra daha çox diqqət mərkəzinə düşdü. Avro-2012-nin seçmə mərhələsində bizə rəqib olan qazaxlar Azərbaycan mətbuatında yer alan bu informasiya ilə bağlı rusiyalı çalışdırıcıdan münasibət öyrənib: “Mənim yığmalarda işləmək təcrübəm var. Rusiyada yeniyetmələr və olimpiya yığmasını çalışdırmışam. Əsas yığmada işləmək hələ imkanım olmayıb. Fikrimcə, bu posta gəlmək məşqçinin ən böyük arzusudur. Bu, çox şərəflidir, bu, bütün ölkədir, sənin azarkeşlərindir. Əlbəttə, mən bunu çox istərdim. Ancaq indi mən “Tobol” futbol klubunun işçisiyəm və komandadan elə-belə gedə bilmərəm. Mənim vilayətin rəhbəri Sergey Vitalyeviçin qarşısında öhdəliklərim, əlimdə imzalanan müqavilə var. Buna görə də təklif gəlsə, məsləhətləşib, düşünəcəyəm”.
0
0