Azərbaycan yığmasının rəqibi heyətini açıqladı
10.11.2010 - 13:17
Azərbaycan yığmasının rəqibi heyətini açıqladı
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Avstriya yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Didi Konstantini noyabrın 17-də Yunanıstanla yoldaşlıq görüşünə Yurqen Maço, Paskal Qrünvald, Kristian Qratsey, Aleksander Draqoviç, Kristian Fuks, Florian Kleyn, Sebastyan Prödl, Tomas Şrammel, Franz Şiemer, David Alaba, Marko Arnautoviç, Yulian Baumqartlinqer, Yakob Yantşer, Zlatko Yunuzoviç, Veli Kavlak, Yasin Pehlivan, Paul Şarner, Martin Harnik, Ervin Hoffer, Mark Yanko, Roland Linz, Stefan Mayerhofer və Roman Vallneri çağırıb. Yığmamızın səfərdə Çernoqoriya ilə yoldaşlıq görüşü keçirəcəyi gün rəqiblərimizdən yalnız Qazaxıstan oynamayacaq.

Millimizin rəqiblərinin keçirəcəyi yoldaşlıq görüşləri

20:00. Rusiya – Belçika
Voronej. Həmkarlar İttifaqının Mərkəzi stadionu

23:30. Avstriya – Yunanıstan
Vyana. Ernst Happel stadionu

23:30. Hollandiya – Türkiyə
Amsterdam. Amsterdam Arena

23:30. İsveç – Almaniya
Höteborq. Ullevi stadionu