“Baku Fires” rinqə qələbə seriyasını davam etdirmək üçün çıxacaq
17.12.2010 - 15:27
Ölkəmizi WSB liqasında təmsil edən paytaxtın “Baku Fires” komandası dekabrın 18-də Cənubi Koreyanın “İncheon Red Wings” klubuna qarşı növbəti görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, bu gün hər iki komandanın nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil edilib.
Öncə çıxış edən WSB liqasının supervayzeri Şbib Mahomed Kamel Bakıda olduğundan məmnunluğunu ifadə edib. O, “Baku Fires” və “İncheon Red Wings” komandalarının tibbi müayinədən keçdiyini və heç bir problemin olmadığını bildirib.
Asiyalıların baş meneceri Tae Younq Kim son turda Azərbaycan klubuna uduzduqlarını xatırladaraq, bu dəfə revanş etmək arzusunda olduğunu deyib: “Ötən həftə ilə müqayisədə daha yaxşı çıxış etmək arzusundayıq. Çalışacağıq ki, bu dəfə uğurlu nəticə qazanaq”.
“Baku Fires”in baş meneceri Rizvan Gəncəyev isə sabah baş tutacaq görüşün maraqlı və gərgin keçəcəyini bildirib: “Bütün görüşlərdə olduğu kimi “İncheon Red Wings”la döyüşə də qələbə üçün çıxacağıq. Görüşlər maraqlı keçəcək. Yarışın baş tutacağı “Sərhədçi” Olimpiya Mərkəzinə giriş pulsuzdur. Buna görə də inanıram ki, “Baku Fires”i daha çox bokssevər dəstəkləyəcək”.
Hər iki komandanın üzvləri təqdim olunduqdan sonra çəki prosesi keçirilib.
Daha sonra baş məşqçilər jurnalistlərin suallarını cavablandırıblar. “Baku Fires”in baş məşqçisi Yevgeni Kotov hesabla bağlı proqnoz verməyıb. Buna baxmayaraq, o, boksçularımızın rinqə qələbə üçün çıxacaqlarını deyib: “Komandamızın hazırlığı yüksək səviyyədədir. Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Amma rəqib də buraya asanlıqla məğlub olmağa gəlməyib. Bunun üçün gözəl döyüşlər keçəcək”.
Kotov dekabrın 21-də start götürəcək Azərbaycan çempionatında “Baku Fires”in boksçularının iştirak etməyəcəyini də bildirib: “WSB liqası ilə həvəskarlar arasında döyüşlər fərqli qaydalara malikdir. Bunun üçün qarşıda bizi gərgin görüşlər gözlədiyindən birincilikdə mübarizə aparmayacağıq. Amma gələn ilin mayında Bakıda keçiriləcək turnirdə komandamızın boksçuları da qüvvələrini sınayacaqlar”.
“İncheon Red Wings”in baş məşqçisi Mars Koçkaryov isə bu dəfə fərqli heyət döyüşdüyü üçün qələbəyə ümid etdiyini deyib: “Düzdür, ilk qarşılaşmada 1:4 hesabı uduzmuşuq. Amma bu dəfə rinqə 2 fərqli komanda çıxacaq. Qaydalara uyğun olaraq, heyətdəki boksçular dəyişdiyindən yaxşı nəticəyə ümid edirəm”.
Dekabrın 18-də keçiriləcək döyüşdə boksçularımızdan Rəhim Nəcəfov (54 kq) Lukaş Adam Maşçuku, Koba Pxakadze (61 kq) Doja Lini, Osman Əliyev (73 kq) Kyuçeol Lini, Denis Poyatska (85 kq) Abdelxafid Bençablanı, Məhəmmədrəsul Məcidov (+91) isə Rüstəm Saidovu (91+ kq) sınağa çəkəcəklər.
Xatırladaq ki, “Baku Fires” əvvəlki 3 görüşdə qələbə qazanıb və qrupun vahid lideridir.

0
0